BaşlıcaSiyasət

Hazırkı vəziyyətdə Ermənistan öz ərazisində KTMT hərbi təliminin keçirilməsini məqsədəuyğun hesab etmir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qoşunlarının birgə hərbi təlimi bu il Ermənistanda baş tutmayacaq, indiki vəziyyətdə Ermənistan hərbi təlimin keçirilməsini məqsədəuyğun saymayıb.

“Armenpress”in məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistan Respublikasının müdafiə naziri artıq KTMT-nin birgə qərargahına yazılı şəkildə məlumat verib ki, biz bu vəziyyətdə Ermənistan Respublikasında belə hərbi təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmirik. Və bu hərbi təlimlər ən azı bu il ER-də baş tutmayacaq”, –  deyə Paşinyan bildirib.

Daha çox göstər
Back to top button