BaşlıcaSiyasət

ER Baş naziri: “Əgər regionda münasibətlərimizi dəyişməsək, təhdidləri idarə edə bilməyəcəyik”

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistanın regiondakı münasibətlərini dəyişmədən təhdidləri idarə etmək mümkün deyil, lakin o, əlavə edir ki, təkcə Ermənistanın istəyinin yetərli olması kifayət deyil.

Alınan məlumata görə,Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycan və Türkiyənin son vaxtlar keçirdiyi hərbi təlimlərə, Ermənistanın silah-sursatının artırılması ilə bağlı məsələlərə toxunaraq belə mövqe bildirib.

Baş nazir ordunun silahlanması və tamamlanması ilə bağlı məsələlərin ictimai müzakirəyə çıxarılmasını düzgün hesab etməyib.

“Təhlükəsizlik sektorunda çox ciddi problemlərimiz olması danılmaz faktdır. Amma bu problemlərin həlli üçün hər şeyi etdiyimiz ən azı dövlət büdcəsində açıq şəkildə, həm 2022-ci ilin icrasında, həm də 2023-cü il planında  olan rəqəmlərdən görünür” –  deyərək Paşinyan qeyd edib.

O, Silahlı qüvvələrin döyüş qabiliyyətinin çox vacib olduğunu, döyüş qabiliyyətli ordu olmadan sülhün mümkün olmadığını, eyni zamanda tək döyüş qabiliyyətli ordu ilə sülhün də mümkün olmadığını vurğulayıb.

“Heç kim inkar edə bilməz ki, sülh gündəmi Ermənistan üçün. Heç bir hadisə bizi o ehtiyacdan və baxışdan yayındırmamalıdır. Təlimlər, hərbi xarakterli təxribatlar, hansı məqsədi güdə bilər?

Onların məqsədi sülh gündəmini saxtalaşdıraraq onu gündəmdən çıxarmaq ola bilər.

Amma Azərbaycanın Ermənistana qarşı təcavüzkar siyasətini davam etdirməsi göz qabağındadır.Dağlıq Qarabağdan danışanda Azərbaycan bunu özünün ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qəbul edir və Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımamaqda və tanımaq niyyətində olmamaqda günahlandırır.

Və bundan da Ermənistanın ərazi bütövlüyünü tanımadıqları ifadəsini işlədirlər.Bundan biz elə nəticəyə gəlirik ki,Sotk-Xoznavardan başlayan təcavüzlər və sentyabrın 13-də Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü heç vaxt tanımayacağını düşünməyə əsas verir.

Əksinə, o, qarşısına məqsəd kimi yeni bir mövqe zəbt etməyi nümayiş etdirir” – deyərək Paşinyan bildirib.

Azərbaycan Ermənistanda vaxtilə yaşamış azərbaycanlıların siyahıyaalınmasını elan edir. “Biz siyahıyaalma da aparırıq. Ermənistanda Bakı, Sumqayıt, Getaşen və digər yerlərdən mühacirət etmiş ermənilərin siyahıyaalınması aparılır” – deyə Paşinyan bildirib.

O, türklərin düşmən olub-olmaması sualına keçərək deyib ki, istəsə də dəyişmək mümkün olmayan bir tarixi reallıq var, ancaq düşmənçilik hissini idarə etmək lazımdır.

Sual olunub ki, türklər düşməndir ya yox? Paşinyan qeyd edib ki, tarixi  reallıq var ki, onu istənilən halda belə dəyişmək qeyri mümkündür.Bununla belə həmin düşmənçiliyin hissiyyatları idarə edilməlidir.

Azərbaycan hesab edir ki, hərbi uğur qazanıb və maksimum nəticə əldə etmək üçün onu inkişaf etdirməlidir.

“Biz başa düşməliyik ki, Rusiya ilə Türkiyə, Rusiya və Azərbaycan arasında münasibətlər necə və niyə dəyişib, bu, nə deməkdir və bizim üçün nə məna kəsb edə bilər.

Amma, böyük hesabla, bizim strateji yanaşmamız belə olmalıdır: bir suala cavab verməliyik. sual: biz bu regionda ö necə mövqe tutmuşuq.

Paşinyan qarşıya çıxan çətinliklərin öhdəsindən gəlmək üçün daha bilikli olmağın vacibliyini vurğulayıb.

“Əgər bölgəmizdə öz əlaqələrimizi dəyişdirməsək, mövcud olan təhdidləri idarə edə bilməyəcəyik. Amma təkcə bizim istəyimizin kifayət etdiyi fakt deyil” – deyərək  Baş nazir  çox çek olmağı mühüm sayıb.

Daha çox göstər
Back to top button