BaşlıcaSiyasət

ER Rusiyanın  Baş nazir  müavininin hazırladığı üçtərəfli bəyanatın mətnini imzalamağa hazır idi

Ermənistanın Baş naziri Nikol Paşinyan “RadarArmenia”ın sualına cavab olaraq magistral yolların bağlanması mövzusuna toxunub.

Radar Armenia sorğu-sual edib: “Rusiyanın baş nazirinin müavini Overçuk oktyabrda bəyan edib ki, Azərbaycanın Qərb rayonları ilə Naxicevanın birləşdirilməsi məsələsini nəzərə alaraq, onun regional kommunikasiyalar sxeminin bir hissəsi olub-olmaması Ermənistanın istəyindən asılıdır”.

 Rusiya və Qərb tərəfdaşlarının həmin yolun hüquqi statusunu və faktiki nəzarətini necə təsəvvür etdiyini təqdim edə bilərsinizmi? Bu baxımdan Ermənistanın onlar ilə maraqları üst-üstə düşürmü?.

Sualın cavabında Nikol Paşinyan ətraflı açıqlama verib. “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Azərbaycan vətəndaşları Ermənistan Respublikasının ərazisindən Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçməlidirlər.

Gömrük və pasport nəzarəti ER qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilməməlidir və erməni sərhədçiləri və gömrük xidmətlərinin onlarla heç bir əlaqəsi olmamalıdır.

Biz deyirik ki, bu məntiq başa düşülən deyil, çünki sülh gündəminə gediriksə, bu, düşmənçilik gündəminin növbəti davamıdır. Biz deyirik hazırıq gəlin, keçin, biz də sizin ərazinizdən keçək.

 Ermənistan və Azərbaycan vətəndaşları həmin yollardan istifadə etmək imkanı əldə etsinlər.Biz bu yolla getməyə hazırıq.Problem bunndadır.

Bir daha deyirəm: biz hazırıq. Biz hətta ayrı bir sahədə belə Ermənistan Respublikasının suverenliyinə xələl gətirəcək belə qaydalara hazır deyilik.

Bu gün bütün dünya logistika zəncirlərinin sadələşdirilməsinə doğru gedir.Mallar tez və əlavə əngəl olmadan daşınsın, çünki xüsusilə 21-ci əsrdə logistika böyük əhəmiyyət kəsb edir.

Biz bu razılaşmalara getməyə hazırıq, lakin Ermənistan Respublikasının suverenliyini aşağılamağa hazır deyilik”.

Rusiya və Qərb tərəfdaşlarının rəyi necədir sualına cavab olaraq Baş nazir cavab olaraq deyib: “Biz öz mövqelərimizi Rusiya Federasiyasına təqdim etmişik və son səfər zamanı bizə elə gəldi ki, razılığa gəldik, bizim mövqelərimiz və Rusiya Federasiyasının mövqeyi  üst-üstə düşür.

 Bu mövqelərə əsasən, Rusiya Federasiyasının Baş nazirinin müavini üçtərəfli  bəyanatın mətnini  hazırladı, layihə hansını ki, imzalamağa hazıram dedim.Azərbaycansa  onu imzalamaq istəmədi”.

Paşinyanın sözlərinə görə, o, həmin mətni 2022-ci ildə dekabrın 28-də Sankt-Peterburqda imzalamağı təklif edib.

“Mən bu gün də Azərbaycanın müdaxiləsi olmadan həmin mətni imzalamağa hazıram, çünki Azərbaycan çox vacib bir bəndi çıxarıb.

Biz başqa variant təklif etmişik: sərhəd xidmətlərini ikitərəfli qaydada autsorsing edək, bir müddət də olsa, beynəlxalq operatoru daşımaq üçün dəvət edək. Sərhəd nəzarətindən çıxaraq.

Bu, istər beynəlxalq təşkilat, istərsə də özəl şirkət olsun, bütün dünyada adi haldır. Biz bu versiya ilə razıyıq, Azərbaycan razı deyil.Belə ki, bizim bütün təkliflərimiz qüvvədə qalır”.

Daha çox göstər
Back to top button