BaşlıcaSiyasət

Paşinyan Azərbaycan SQ-nin Ermənistan ərazisindən çıxarılması üçün bütün diplomatik vasitələrdən istifadə edəcəyinə söz verib

Azərbaycan silahlı qüvvələri 30 ildir ki, Ermənistan Respublikasının ərazisindədir. Bunu baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib və xatırladıb ki, 1990-cı illərin əvvəllərindən Azərbaycan silahlı qüvvələri Ermənistanın, xüsusilə Tavuş və Ararat bölgələrindəki 70 kvadrat kilometrə yaxın ərazisini işğal edib.

“Bəli, həm də son 1,5 il ərzində, 2021-ci ilin may ayından etibarən Azərbaycan Ermənistanın yeni ərazilərini işğal edib. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın silahlı qüvvələri bizim ərazilərimizi tərk etsin. Biz bu məqsədə çatmaq üçün bütün diplomatik tədbirləri ardıcıl şəkildə həyata keçirəcəyik”, – deyə baş nazir Paşinyan bildirib.

Daha çox göstər
Back to top button