BaşlıcaSiyasət

Paşinyan hansı halda sülh sazişini imzalamayacağını bəyan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan əgər bu mətn ER dövlətinin maraqlarına uyğun gəlmirsə, sülh sazişini imzalamaqdan imtina edəcək. Alınan məlumata görə, bu barədə o, yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir bir daha bəyan etdi ki, Ermənistan sülh sənədini Ermənistanın maraqlarına uyğun gələrsə, onu imzalamağa hazırdır.

“Əgər masa üstündə imzalayacağımız kağız varsa, bu, pis deyil, yaxşı xəbər olacaq, çünki bu, nəhayət, Ermənistan Respublikasının maraqlarının qorunduğuna inandığımız nöqtəyə gəlib çatmağımız deməkdir.

İndi problem təkcə kağızın məzmununda deyil, həmin məzmunun həyata keçirilməsi mexanizmindədir.Bizim 9 noyabrda imzalanmış sənədimiz var, amma fakt odur ki, bu gün o icra olunmur” – deyərək Paşinyan bildirib.

O qeyd edib ki, saziş imzalana bilər, lakin onun müddəalarının həyata keçirilməsi mexanizmləri yoxdursa, o zaman imzalanandan dərhal sonra yeni hərbi eskalasiya baş verə bilər.

“Mətn mükəmməl olmayacaq, gəlin öncədən hamımız anlayaq, lakin o, Ermənistan Respublikasının balanslaşdırılmış maraqlarına uyğun gələ bilər.

Amma həmin sənədin tətbiqi və həyata keçirilməsi üçün mexanizmləri  olmazsa , biz “sülh müqaviləsi” adında kağız imzalaya bilərik.  Bir həftə sonrasa yeni müharibə və ya yeni eskalasiya ilə üzləşə bilərik” – deyə Ermənistanın Baş naziri bildirib.

Daha çox göstər
Back to top button