
Yanvarın 10-da ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Marçin Vidranın rəhbərlik etdiyi AB-nin texniki qiymətləndirmə qrupunun üzvlərini qəbul edib.
Görüşdə AB-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorin də iştirak edib.
Qrup üzvlərinin Ermənistana səfərini alqışlayan Təhlükəsizlik Şurasının katibi AB-nin dekabrın 19-da başa çatmış müşahidə missiyasının fəaliyyətini yüksək qiymətləndirib və Ermənistanın yeni mülki missiyanın işinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Tərəflər AB-nin yeni mülki missiyasının fəaliyyət dairəsinə, onun yerləşdirilməsinə toxunub və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.