BaşlıcaSiyasət

Xİ naziri ATƏT sədrinə: “Dağlıq Qarabağda humanitar fəlakətin qarşısının alınması üçün beynəlxalq təşkilatların atdığı addımlar zərurətdir”

Yanvarın 10-da ER Xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın Xarici işlər naziri Buyar Osmani ilə telefon danışığı aparıb.

ER Xarici işlər nazirliyindən verilən məlumata görə, Ararat Mirzoyan həmkarını ATƏT-ə sədrliyə başlaması münasibətilə təbrik edərək, təşkilatın fundamental prinsiplərinin qorunması və təbliğində fəal əməkdaşlığa hazır olduğunu bildirib.

“Telefon danışığı zamanı regional təhlükəsizlik gündəliyinin bir sıra məsələlərinə toxunulub.

Nazir Mirzoyan həmsöhbətin diqqətini Azərbaycanın Laçın dəhlizinin qarşısını kəsməsi nəticəsində yaranan humanitar böhrana yönəldib.

Vurğulanıb ki, Azərbaycanın hərəkətləri 2020-ci il üçün 9 noyabr tarixli üçtərəfli bəyannamənin, eləcə də beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

 ER XİN rəhbəri vurğulayıb ki, Azərbaycanın bu addımları Dağlıq Qarabağın 120 min ermənisini etnik təmizləməyə məruz qoymaq məqsədini daşıyır” – deyə müraciətdə qeyd olunur.

Mənbənin məlumatına görə, Dağlıq Qarabağda humanitar fəlakətin qarşısının alınması kontekstində Xarici işlər naziri Mirzoyan müvafiq regional və beynəlxalq strukturlar, o cümlədən ATƏT tərəfindən konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Daha çox göstər
Back to top button