BaşlıcaSiyasət

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana və Ermənistana səfər edəcək

Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycana və Ermənistana səfər edəcək.

Bu barədə ATƏT-dən bildirilib. Qeyd olunub ki, bu barədə razılıq B.Osmani ilə Azərbaycan və Ermənistan XİN başçılarının telefon danışığının nəticəsində əldə edilib.

ATƏT-in fəaliyyətdə olan sədri dəhliz ətrafındakı vəziyyətin mülki əhalinin gündəlik həyatına təsirindən narahat olduğunu bildirib․

ATƏT rəhbəri regionda davamlı sülhə nail olmaq üçün gərginliyin aradan qaldırılmasında şəxsən iştirak etməyə hazır olduğunu bir daha təsdiqləyib

Daha çox göstər
Back to top button