BaşlıcaSiyasət

KTMT Katibliyi: “Biz Ermənistandakı vəziyyətə anlayışla yanaşırıq”

KTMT sülhməramlı qüvvələrinə hərbi təlimlər keçirməyə imkan verməyən Ermənistandakı vəziyyəti başa düşür. Alınan məlumata görə, bu haqda  KTMT Katibliyi ER Baş naziri Nikol Paşinyanın Yerevanın azı bu il Ermənistan Respublikası ərazisində KTMT hərbi təlimlərinin keçirilməsini məqsədəuyğun saymaması barədə bəyanatını şərh edərkən bildirib.

Şərhdə bildirilir ki, Müdafiə nazirləri Şurası və Təhlükəsizlik katibləri komitəsinin təsdiq etdiyi plana əsasən, Ermənistan Respublikası ərazisində KTMT sülhməramlı qüvvələri ilə “Pozulmaz qardaşlıq-2023” təliminin keçirilməsi planlaşdırılırdı..

“Bu il Ermənistan torpaqlarında bu hərbi təlimlərin keçirilməsi zərurəti daha əvvəl Yerevanda da təsdiqlənib. Hazırda KTMT katibliyi Ermənistan tərəfindən bu hərbi təlimlərin müəyyən olunmuş qaydada ləğv edilməsi barədə bildiriş almayıb. Təşkilat”, – mesajda deyilir.

“Biz Ermənistan Respublikasında mövcud vəziyyəti başa düşürük ki, bu da bu il KTMT hərbi təlimlərinin tam şəkildə həyata keçirilməsinə imkan verə bilməz” – deyə KTMT katibliyi əlavə edib.

Məlumata görə, KTMT katibliyi və Birləşmiş qərargah təşkilatın nizamnamə orqanları tərəfindən təsdiq edilmiş qüvvələrin (Kollektiv Qüvvələrin) döyüş hazırlığı planlarının tam şəkildə həyata keçirilməsi, təhlükəsizliyin təmin edilməsi naminə onların hazırlığının artırılması üçün səylərini əsirgəmir.

Daha çox göstər
Back to top button