BaşlıcaSiyasət

Qafqaz regionundakı problemlər əməkdaşlıq yolu ilə həll edilməlidir: Rəisi Putinlə telefon danışığı aparıb

İran prezidenti doktor Seyid İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın, xüsusilə də tranzit və enerji sahəsində davamlı inkişafını vurğulayıb. Rəisi qeyd edib ki, bu əməkdaşlıq hər iki tərəfin xalqları, eləcə də bütün dünya üçün faydalı münasibətləri institutlaşdırır.

Rəisi çıxışının digər hissəsində regional problemlərin, o cümlədən Qafqaz və Suriyadakı problemlərin yalnız əməkdaşlıq yolu ilə həll oluna biləcəyini vurğulayıb. İran həmişə regional inteqrasiyanın gücləndirilməsini və xarici müdaxilənin zərərini vurğulayır”.

Daha çox göstər
Back to top button