ArtsaxBaşlıca

Artsax apteklərində uşaqlar üçün antibiotiklər və qızdırmasalıcı dərmanlar yoxdur

Artsaxı Ermənistanla birləşdirən yeganə yolun Azərbaycan tərəfindən bağlanması səbəbindən Artsax apteklərində həyati vacib dərmanların və uşaq qidalarının çatışmazlığı daha da hiss olunur. Bu barədə Artsax İnformasiya Qərargahı məlumat yayıb.

Hal-hazırda bir çox dərmanlar arasında süd qarışıqları, uşaq bezləri və antibiotiklərin əhəmiyyətli çatışmazlığı var. Xüsusən də 6-7 yaşa qədər uşaqlarda maye antibiotiklər, qızdırmasalıcı dərmanlar əskikdir. Diabet xəstələri üçün dərmanlar, insulin şprisləri də yoxdur.

Bu nə deməkdir.

Azərbaycanın Artsaxı Ermənistanla birləşdirən yeganə magistral yolunu bağlaması nəticəsində yaranan humanitar böhran səbəbindən Artsaxın 30 minə yaxını uşaq olan sakinləri həyati əhəmiyyətli dərmanlar almaq imkanından məhrumdurlar. Xüsusilə körpə qidasının olmaması, yalnız onu yeyən körpələrin sağlamlığını ciddi şəkildə təhdid edir.

Artsax 32 gündür tam blokadadadır. Artsaxda humanitar böhrandır.

Blokada başlayandan dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları Azərbaycanın hərəkətlərini pisləyib, blokadanın aradan qaldırılmasına çağırıblar. Məsələ BMT Təhlükəsizlik Şurasında da müzakirə edilib, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı blokadanın aradan qaldırılması üçün bütün lazımi və kifayət qədər tədbirlər görməyə məcbur edib, məsələ tezliklə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində (Haaqa) iclas çərçivəsində müzakirə olunacaq.

Daha çox göstər
Back to top button