BaşlıcaEkonomika

Ermənistandan Kiprə ixrac 211 dəfədən çox artıb: Ən böyük həcmlər Rusiya, BƏƏ və Çinə göndərilib

Ötən ilin 11 ayında Ermənistandan ixrac 75,2 faiz artıb, ixrac olunan məhsulların demək olar ki, bütün növlərində artım müşahidə olunub, məsələn, 2022-ci ilin yanvar-noyabr aylarında Kiprə ixrac 211 dəfədən çox artıb.

Bunu ER Statistika Komitəsinin dərc etdiyi məlumatlar sübut edir.

Belə ki, yanvar-noyabr aylarında ən çox ixrac 211,4 dəfə artaraq 4 milyon 757,6 min dollar olmaqla Kiprə, sonra Yunanıstana ixracat 14,1 dəfə artaraq 1 milyon 324,2 min dollar oldu, Birləşmiş Ərəb Əmirliklərinə ixrac 7,1 dəfə artaraq 479 milyon 220,5 min dollar təşkil edib. Rusiya, Belarus, Qırğızıstana ixracın həcmi 2,7 dəfə artıb. Litva, Gürcüstan, İran, Böyük Britaniya və Koreyaya ixracın həcmində də əhəmiyyətli artım qeydə alınıb.

Bununla belə, yanvar-noyabr aylarında ən çox ixracat Rusiyaya – 2 milyard 68 milyon 91 min dollar, daha sonra Birləşmiş Ərəb Əmirliklərinə – 479 milyon 220,5 min dollar, daha sonra Çinə – 329 milyon 806,9 min dollar olub.

Ümumilikdə, Aİİ ölkələrinə 2 milyard 155 milyon 706,2 min dollar, digər MDB ölkələrinə 38 milyon 318,3 min dollar, Aİ ölkələrinə 717 milyon 240,6 min dollar dəyərində məhsul ixrac edilib.

Daha çox göstər
Back to top button