BaşlıcaBeynəlxalq

AŞ-nin daimi məruzəçisi:  “Blokada dərhal aradan qaldırılmalıdır”

AŞ-nin daimi məruzəçisi:  “Blokada dərhal aradan qaldırılmalıdır”

Avropa Parlamentində Azərbaycan məsələsi üzrə daimi məruzəçisi Jelyana Zovko bəyanat yayaraq, Azərbaycan hökumətini Laçın dəhlizinin blokadasını dərhal dayandırmaq üçün bütün lazımi tədbirləri görməyə çağırıb.

Bəyanatda xüsusi qeyd olunur:

“Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin dörd həftəyə yaxındır davam edən blokadasından (Azərbaycan) ciddi narahatam.

Bu, regionda ərzaq və digər zəruri ləvazimatlara və xidmətlərə çıxışa mane olur. Sülh prosesinə hər hansı humanitar nəticələrin və digər geri dönməz mənfi təsirlərin qarşısını almaq üçün təxirə salınmadan   mühasirə ləğv olunmalıdır.

Odur ki, mən Azərbaycan hökumətinə müraciət edirəm ki, 2020-ci il noyabrın 9-da  olan üçtərəfli atəşkəs bəyannaməsindən irəli gələn öhdəliklərə əməl edərək, öz səlahiyyətləri daxilində dəhlizdə sərbəst hərəkətin bərpası üçün zəruri olan bütün tədbirləri həyata keçirsin və ərzaq, dərman və digər həyati ləvazimatların çatışmazlığı nəzərə alınmaqla yerli əhaliyə vətəndaşlara humanitar yardımın çatdırılmasına zəmanət versin.

Nəhayət, mən Ermənistana və Azərbaycana Laçın dəhlizinin işə salınması ilə bağlı bütün narahatlığı bütün tərəflərin iştirakı ilə dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə çağırıram.

Mən həmçinin bütün AB qurumlarına müraciət edirəm ki, davam edən böhranın həllinə töhfə vermək və daha da eskalasiyanın qarşısını almaq üçün vasitəçilik fəaliyyətini və qabaqlayıcı diplomatiyanı dərhal aktivləşdirsinlər”. Xatırladaq ki, mətn radar.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button