BaşlıcaBeynəlxalq

IDRW:  “Ermənistan Hindistandan MRSAM orta mənzilli zenit-raket kompleksləri almaq istəyir”

Ermənistan Hindistandan MRSAM orta mənzilli zenit-raket kompleksləri almaq istəyir. Alınan məlumata görə, bu haqda Hindistan Müdafiə Araşdırmaları Qanadının ixtisaslaşmış saytı məlumatlandırıb.

Qeyd olunur ki, Ermənistan öz arsenalında sovet istehsalı olan “Peçora” S-125 zenit-raket komplekslərini əvəz etmək istəyir.

Mənbənin sözlərinə görə, Hindistan Ermənistana eləcə də öz istehsalı olan Akash və Akash-NG sistemlərini təklif edib.

Məsələ ondadır ki, MRSAM zenit-raket kompleksləri Hindistanda istehsal olunsa da, bəzi texnologiyalar İsraildən alınıb.

Eyni zamanda, IDRW qeyd edir ki, Nyu Dehli MRSAM sistemlərinin ixracına heç bir məhdudiyyət qoymur. Bu sövdələşmə onunla əlamətdar olacaq ki, Ermənistanın əsas rəqibi olan Azərbaycan da İsrailin tədarükündən çox asılıdır, xüsusən də onun silahlanmasına Barak-8 zenit-raket kompleksləri daxildir.

Hindistan Müdafiə Araşdırmaları Qanadının məlumatına görə, MRSAM sistemlərinin təsir radiusu 70 kilometrdir.

Daha çox göstər
Back to top button