BaşlıcaSiyasət

Ararat Mirzoyan bir sıra regional məsələlərlə bağlı Ermənistanın mövqeyini təqdim edib

Yanvarın 16-da ER Xarici işlər naziri Ararat Mirzoyan Vyanada Birləşmiş Millətlər Təşkilatının Baş katibi, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) icraçı direktoru Qada Fati Vali ilə görüşüb.

ER XİN rəhbəri qeyd edib ki, Ermənistan BMT sistemi və ixtisaslaşmış qurumları ilə əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə böyük əhəmiyyət verir.

Görüş zamanı nazir Mirzoyan ER hökumətinin, o cümlədən korrupsiya ilə mübarizə, məhkəmə və polis sektorlarında apardığı islahatlara toxunub.

Tərəflər korrupsiya və iqtisadi cinayətlər, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq, əcnəbi muzdlu döyüşçülərdən istifadə və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın və birgə proqramların həyata keçirilməsinin perspektivlərini müzakirə ediblər.

Bununla bağlı ötən il imzalanmış Ermənistan və BMT-nin Narkotiklər və Cinayətkarlıqla mübarizə İdarəsi arasında əməkdaşlıq Yol xəritəsinin icrası vurğulanıb.

Ermənistan Respublikasının xarici işlər naziri həmsöhbətə bir sıra regional məsələlərlə bağlı Ermənistanın mövqelərini də təqdim edib.

Daha çox göstər
Back to top button