BaşlıcaSiyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək

Bu haqda Factor.am-ın sualına cavab olaraq Baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan bildirib.

“Bu il belə bir səfər nəzərdə tutulmayıb. Baş nazirin bu tədbirdə niyə iştirak etməməsinə gəlincə, hökumət təfərrüatları açıqlamır.

Qeyd edək ki, Paşinyan bu forumda 2019-cu ildə iştirak edib. Koronavirus pandemiyası ilə bağlı iki illik fasilədən sonra bu gün İsveçrənin xizək kurortunda illik Dünya İqtisadi Forumu açılır.

Burada 50-dən çox dövlət və hökumət başçısı iştirak edəcək. EADaily yazır ki, Azərbaycan prezidenti İlham Əliyev forumda iştirak edəcək və Orta Avrasiya Dəhlizi üzrə panel müzakirəsinin iştirakçısı kimi qeydiyyatdan keçib.

Mətn factor.am-ə aiddir.

Daha çox göstər
Back to top button