BaşlıcaSiyasət

Forbes:  “Hindistan Ermənistanın Su-30 qırıcılarını təkmilləşdirmək üçün mükəmməl namizəddir”

Hindistanın Rusiya istehsalı olan Su-30SM Flanker qırıcıları üçün silah tədarükü və qırıcı pilotların hazırlanmasında Ermənistanın  “maraqlandığı” haqda şayiələr yayılır.

Belə bir razılaşma hələ təsdiqlənməsə də, Nyu Dehli sözsüz ki, bu erməni təyyarələrini əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər. Bu haqda “Forbes” jurnalı yazır.

Məqalənin müəllifi, Yaxın Şərqdəki hərbi və siyasi məsələləri işıqlandıran Pol İdon yazır ki, Hindistanda 272 ədəd Su-30MKI “Flanker” qırıcılarından ibarət nəhəng donanma var və onların əksəriyyəti Nyu Dehlinin lisenziyası əsasında istehsal olunur.

Hindistan 20 il ərzində bu qədər sayda qırıcılar işlətməklə yanaşı, onlar üçün çoxlu sayda qeyri-rus silahları da əldə edib və inkişaf etdiribdir.

Yanvarda yerli mediaya qırıcıları idarə edən təcrübəli hind pilotu deyib: “Hindistanın Su-30MKI-ni bütün dünyada fəaliyyət göstərən Flankerlərdən fərqləndirən odur ki, o, dünyanın hər yerindən müxtəlif silahları, sensorları və avionikləri mükəmməl şəkildə birləşdirir”.

Bu raketlərə xüsusilə Su-30MKI-yə əhəmiyyətli əks-tədbir qabiliyyəti verən yerli BrahMos səsdən sürətli qanadlı raketinin hava versiyası və Astra hava-hava sinifli yer-hava raketi (BRAAM) daxildir.

“Son aylarda Hindistan və Ermənistan arasında müdafiə əlaqələri nəzərəçarpacaq dərəcədə artıb. Yerevan 2022-ci ildə təxminən 250 milyon dollar dəyərində dörd batareya sifariş edərək, Hindistan istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sisteminin ilk xarici müştərisi olub.

Bundan əlavə, iki ölkə Türkiyə, Azərbaycan və Pakistan arasında artan üçtərəfli hərbi əlaqələrdən narahatdırlar. Ona görə də onların Ermənistanın Su-30 donanmasının təkmilləşdirilməsində əməkdaşlığı ağlabatan olacaq” – deyə məqalədə qeyd olunur.

Məqalə müəllifi bu arada ehtimal edir ki,Yerevanın  bu təyyarələrə daha çox sərmayə qoymaqla bağlı ehtiyatları ola bilər.

Ermənistan 2019-cu ildə dörd Su-30SM alıb. Nikol Paşinyan hökuməti müasir qırıcı təyyarələrin alınmasını yüksək qiymətləndirərək bəyan edib ki, ölkə nəhayət Sovet dövründən ucuz, aşağı texnologiyalı, ikinci əl sistemləri almaqda nirəliyə keçib.

Erməni flankerləri 2020-ci il Dağlıq Qarabağ münaqişəsi boyu Azərbaycana qarşı yerləşdirilməmişdilər, çünki onlarda kritik silahlar, xüsusilə idarə olunan “hava-yer” sinfindən olan  döyüş sursatları yox idi.

Həmin qırıcıların idarə olunmayan raketlərlə döyüşə göndərilməsi, şübhəsiz ki, itkilərə səbəb olacaq və döyüş meydanında demək olar ki, nəzərəçarpacaq fayda gətirməyəcək” – deyə  qəzet qeyd edərək  əlavə edir ki, müharibə zamanı Azərbaycan İsrail istehsalı olan “Harop” PUA-lardan istifadə etməklə Ermənistanın bir neçə hava hücumundan müdafiə sistemini məhv edib.

Məqalədə bildirilir ki, Ermənistan əvvəlcə ən azı 12 Su-30SM almağa ümid edirdi. Hələ ki, Ermənistanın əvvəlki təcrübəni nəzərə alaraq bu qırıcılardan daha 8-ni alıb-almayacağı bəlli deyil.

Digər tərəfdənsə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda sahib olduğu dörd təyyarəni Rusiyaya satması çətin ki, məqsədəuyğun olsun.

Keçən ilin martında Yerevan “Flanker”ini həmin müharibədə istifadə etmək üçün Moskvaya geri qaytarması ilə bağlı yayılan xəbərləri artıq təkzib etmişdi.

Məqalə müəllifinin fikrincə, Ermənistanın Su-30-ları alması Azərbaycanın illərdir həyata keçirmək istədiyi Çin və Pakistanın birgə hazırladığı JF-17 Thunder qırıcı təyyarəsini alması üçün bəhanə olacaq.

“Çin PL-15 BVRAAM ilə silahlanmış onlarla JF-17 Blok 3 qırıcıları Azərbaycan Hərbi hava qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirəcək və yəqin ki, Ermənistanı “flankerlər”in verə biləcəyi üstünlüklərdən məhrum edəcəkdir.

Ona görə də Yerevan ortada nəyəsə razılaşa bilər. Pol Eadon qeyd edərək  əlavə edir ki, Hindistanlı mütəxəssislər artıq mövcud olan dörd “Qandaş”ı təkmilləşdirərək, Azərbaycanla başqa müharibə vəziyyətində, mümkün qarşıdurmada onları bir qədər faydalı etmək üçün təkmilləşdirə bilərlər.

Hindistan mühəndisləri təyyarəni elə modifikasiya edə bilərlər ki, o, Astra və hətta BrahMos-u daşıya bilsin ki, bu da Ermənistana Azərbaycanın dərinliklərindəki hədəfləri vurmağa imkan verəcək.

Bakı artıq Türkiyə istehsalı olan silahları, o cümlədən SOM uzaqmənzilli qanadlı raketləri daşıya bilən Sovet Su-25 Frogfoot hücum təyyarələrini təkmilləşdirib.

“Belə bir razılaşma Hindistanın təqdim edə biləcəyi unikal imkanlar sayəsində Flankerin ilkin alınmasının tam israf olmadığını sübut etməklə Ermənistana simasını xilas etməyə kömək edə bilər” – deyərək məqalə müəllifi yekunlaşdırır.

Daha çox göstər
Back to top button