Azərbaycan tərəfindən Artsaxın blokadası və qaz təchizatının kəsilməsi kontekstində Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün Twitter səhifəsindəki paylaşımında Azərbaycana qarşı sanksiyaların tətbiqinin zəruriliyini vurğulayıb.
O qeyd edib ki, Azərbaycan Ermənistandan Dağlıq Qarabağa təbii qazın təchizatını dayandırıb. Laçın dəhlizinin blokadasının 37-ci günündə Azərbaycan Artsaxa qaz təchizatını dayandırdı, həmçinin Dağlıq Qarabağın 120 min əhalisinin bütün əsas həyati ehtiyaclarının təmin edilməsinə mane oldu.
“Azərbaycan bu hərəkətlərinə görə sanksiyaya məruz qalmalıdır”, – Marukyan vurğulayıb.