ArtsaxBaşlıca

Stepanyan: “Bakı mülki əhalini terror etmək üçün Artsaxın infrastruktur zəifliyindən istifadə etməkdə davam edir”

Azərbaycan mülki əhalini terror etmək üçün Artsaxın infrastruktur zəifliyindən istifadə etməkdə davam edir. Bu haqda Artsax Respublikasının hüquq müdafiəçisi Geqam Stepanyan öz Facebook səhifəsində yazıb.

O, da qeyd edib: “Yanvarın 17-də saat 13:00-da Azərbaycan tərəfi Ermənistan Respublikasından Artsaxa gələn yeganə qaz kəmərinin işini yenidən qəsdən pozub.

Soyuq qış hava şəraitində 120 min artsaxlı istilik və isti sudan məhrumdur. Bu vəziyyət Azərbaycanın Artsaxın 37 günlük blokadası nəticəsində yaratdığı humanitar böhran vəziyyətini dərinləşdirir.

Yaradılan vəziyyət həyati əhəmiyyətli insan hüquqlarının genişmiqyaslı və geniş şəkildə pozulmasına gətirib çıxarır.

2020-ci il noyabrın 9-da olan  atəşkəs əldə edildikdən sonra Azərbaycan tərəfindən ardıcıl olaraq həyata keçirilən sistemli cinayətlər, Artsaxın tam blokadaya alınması, infrastruktur işlərinin qəsdən pozulması və digər cinayət əməlləri Azərbaycanın Artsaxı etnik təmizləməyə məruz qoymaqla  Artsax ermənilərinə qarşı soyqırım  ambisiyalarının inkaredilməz sübutudur”.R.P.Sonda azərbaycanlılar qaz verməli oldular.

Daha çox göstər
Back to top button