BaşlıcaBeynəlxalq

Fransa Laçın dəhlizi ilə hərəkət azadlığının və təhlükəsizliyinin dərhal və qeyd-şərtsiz bərpasına çağırıb

Daimi Şuranın Ermənistanın təşəbbüsü ilə çağırılan xüsusi sessiyasında Fransa yerli əhalinin hüquqlarına hörmətlə yanaşaraq Laçın dəhlizi ilə hərəkət azadlığını və təhlükəsizliyini dərhal və qeyd-şərtsiz bərpa etməyə çağırışını təkrarlayıb.

Bu haqda ATƏT-in Fransa daimi nümayəndəliyinin mətbuat xidmətindən məlumatlandırıb.

“Fransa regionda davamlı sülhün bərqərar edilməsi məqsədilə Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda irəliləyiş axtarışına dəstək vermək öhdəliyini, eləcə də bütün tərəfdaşlar və maraqlı tərəflərlə əməkdaşlıqda bu məqsədin həyata keçirilməsinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqlədi.

Bu haqda Fransanın ATƏT yanında daimi nümayəndəliyinin mətbuat xidməti  rəsmi  Twitter” səhifəsində məlumat yayıb.

ER Xarici işlər naziri Ararat Mirzoyan Vyanada işgüzar səfərdədir. Orada Ermənistanın təşəbbüsü ilə ATƏT Daimi Şurasının xüsusi sessiyasında iştirak edir.

Daha çox göstər
Back to top button