BaşlıcaSiyasət

Parlament  layihəni qəbul edib:   “Məxvi” qeydli məlumat dərc olunarsa, məsuliyyət müəyyən ediləcək”

Ermənistanda dövlət sirri olan “xüsusi əhəmiyyətli” və “tam məxfi” məlumatlarla işləməyə icazəsi olan şəxslər xarici ölkələrə şəxsi səfərləri zamanı bu barədə Milli Təhlükəsizlik Xidmətinə məlumat verməyə borclu olacaqlar.

Alınan məlumata görə, “Dövlət sirri haqqında” və ona əlavə edilən qanun layihələri paketi parlamentin iclasında 69 leh, 32 əleyh və 1 bitərəf olmaqla birinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, “məxfi” möhürü olan məlumatlar da dövlət sirri, dövlət sirri təşkil edən məlumatlar isə “xüsusi əhəmiyyətli”, “tam məxfi” və “məxfi” ştamplara malik olacaq.

Dövlət sirri olan “xüsusi əhəmiyyətli” və “tam məxfi” möhürləri olan məlumatlarla işləməyə icazəsi olan şəxslər xarici ölkələrə şəxsi səfərləri zamanı bu barədə Milli Təhlükəsizlik Xidmətinə müəyyən edilmiş qaydada məlumat verməyə borcludurlar.

Layihələr paketində dövlət sirrinin dərcinə görə cinayət məsuliyyətinin sərtləşdirilməsi də təklif olunur. Eyni zamanda, “məxfi” möhürü olan məlumatların dərc edilməsinə, habelə dövlət sirri olan məlumatlarla işləmək icazəsi olan şəxs tərəfindən ona qoyulmuş məhdudiyyətlərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

Daha çox göstər
Back to top button