
ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri ilə telefon danışığında onun sülhə sadiqliyini alqışlayıb.
Alınan məlumata görə, bu haqda ABŞ Dövlət Departamenti ABŞ dövlət katibi ilə ER Baş naziri Nikol Paşinyan arasında telefon danışığının təfərrüatlarını təqdim edən mesaj yayıb.
“Onlar Azərbaycanla ikitərəfli danışıqların bərpası istiqamətində atılan addımları müzakirə ediblər. Dövlət katibi Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin getdikcə ağırlaşmasından dərin narahatlığını bildirib.
O, həmçinin ABŞ-ın bu istiqamətdə səylərini dəstəkləmək davamlı sülhə nail olmaq naminə və güclü və çoxşaxəli ikitərəfli münasibətlərlə bağlı məsələlərdə öhdəliyini bir daha təsdiqləyibdir” – deyərək mesajda qeyd olunub.