ArtsaxBaşlıca

AR XİN: “Dərinləşən humanitar fəlakət bir məqsəd güdür: Artsax xalqını məhv etmək, Artsaxı  ermənilərdən təmizləmək”

Artsaxın Xarici işlər nazirliyi Artsaxda qaz təchizatının növbəti dəfə kəsilməsi ilə bağlı bəyanat yayıb və qeyd edib ki, humanitar fəlakətin dərinləşməsi bir məqsəd güdür: O da Artsaxın əhalisini boşaltmaqla Artsax xalqını məhv etməkdir.

Açıqlamada xüsusi olaraq deyilir:

“Yanvarın 18-də, Artsaxın mühasirəsinin 38-ci günündə Azərbaycan öz nəzarəti altında olan Ermənistan-Artsax qaz kəmərinin işini növbəti dəfə pozaraq, 120 min Artsax əhalisini yanacaq və isti su imkanlarından məhrum edib.

Qeyd edək ki, Azərbaycanın Artsaxa qaz təchizatının kəsilməsi dövri xarakter daşıyır. 2022-ci ildə də Artsaxa qaz buraxılışı dayandırılıb.

Artsaxa qaz təchizatınınmütəmadi xarakter daşıyır. 2022-ci ilin  mart ayında 20 gündən çox qaz təchizatı  dayandırılmışdı.

Artsax blokadasının ikinci günü, dekabrın 13-də 3 gün, eləcə də yanvarın 17-də yenə qaz qapanmışdı.

Eyni zamanda, Azərbaycan yanvarın 9-da qəzaya uğramış, nəzarətində olan yeganə yüksək gərginlikli Qoris-Stepanakert xəttinin bərpasına qəsdən mane olmaqda davam edir.

Azərbaycan hakimiyyəti tərəfindən Artsaxın mütəşəkkil və davamlı blokadası, insanlar üçün dözülməz həyat şəraitinin yaradılması və humanitar fəlakətin dərinləşməsi bircə məqsəd güdür: o da Artsax xalqını elə məhv etmək, Artsaxı  ermənilərdən boşaltmaqdır.

Beləliklə, Azərbaycan Artsax xalqının fərdi və kollektiv hüquqları məsələsini nəhayət bağlamağa çalışır.

Bu kontekstdə beynəlxalq ictimaiyyətin həm fərdi, həm də kollektiv addımları erkən qarşısının alınmasına yönəldilməlidir. Biz dövlətləri soyqırımı cinayətinin qarşısının alınmasına dair universal öhdəliyə uyğun olaraq Azərbaycanın Artsax xalqına qarşı soyqırım hərəkətlərini dərhal dayandırmaq üçün bütün zəruri tədbirləri görməyə çağırırıq.

Daha çox göstər
Back to top button