BaşlıcaSiyasət

Ararat Mirzoyan sülh sazişi haqqında: “Azərbaycan tərəfinin reaksiyasını gözləyirik”

Dekabrda Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı təkliflərini Azərbaycana təqdim edib, lakin hələ də cavab yoxdur.

ER Xarici işlər naziri Ararat Mirzoyan prosesdən danışarkən xatırladıb ki, Laçın dəhlizinin qanunsuz bağlanmasından sonra Ermənistan, Azərbaycan və Rusiya XİN rəhbərlərinin Moskvada keçirilən görüşündə ER iştirak etməyib.

“Sülh müqaviləsi layihəsinin müzakirələri davam etməli idi. Biz məlum səbəblərdən iştirak etmədik, lakin eyni zamanda redaksiya təkliflərimizi Azərbaycan tərəfinə təqdim etdik.

İndi onların cavabını gözləyirik. Bir qayda olaraq, bu günə qədər proses belə gedir”.

Mirzoyan vurğulayıb ki, erməni tərəfinin sülh prosesində dayanması, mane olması və ya konstruktiv olmaması kimi fikirləri yanlışdır.

 “Biz öz təkliflərimizi göndərmişik, Azərbaycan tərəfdən cavab olmalıdır, hələ ki, verilməyib. Görüşlərin şəraitindən asılı olmayaraq, Azərbaycan tərəfi sülh müqaviləsinin mətninin özünün müzakirəsini dayandırıb.Laçın dəhlizində biz təxribat xarakterli hərəkətləri görürük”.

Daha çox göstər
Back to top button