BaşlıcaSiyasət

Azərbaycan tərəfinin Artsaxa qayıdan uşaqlara qarşı qəbuledilməz münasibəti bizi sarsıdıb: ER XİN

Ermənistan Xarici İşlər Nazirliyi Laçın dəhlizinin bağlanması ilə əlaqədar Ermənistanda qalan uşaqların Artsaxa aparılması zamanı baş vermiş insidenti şərh edən bəyanat yayıb:

“Yanvarın 17-də Dağlıq Qarabağa qayıdan, Laçın dəhlizinin bağlanması səbəbindən 40 günə yaxın valideyn himayəsindən məhrum olan, ailələrindən ayrı düşmüş uşaqlara Azərbaycan tərəfinin göstərdiyi yolverilməz münasibət bizi sarsıdıb.

Azərbaycan tərəfinin yaydığı videolardan da aydın göründüyü kimi, özlərini terrorçu kimi aparan “ekoloji fəallar” uşaqları Laçın dəhlizi ilə Dağlıq Qarabağa evlərinə aparan avtomobili saxlayıb nümayişkaranə qışqıraraq, maskalı halda avtomobilə soxularaq, uşaqları qanunsuz olaraq videoya çəkərək psixoloji zorakılığa məruz qoyub. Bütün bunların nəticəsində uşaqlar psixoloji terora məruz qalıb, onlardan biri huşunu itirib.

Azərbaycan tərəfinin bu hərəkətləri həmin ölkədə dövlət səviyyəsində ermənilərə qarşı həyata keçirilən nifrət və düşmənçiliyin, Dağlıq Qarabağ ermənilərini köçürmə siyasətinin bariz nümunəsidir ki, uşaqları hədəfə almaq həddinə çatıb. Bu cür davranışın həm beynəlxalq hüquqi, həm də insani-mənəvi cəhətdən heç bir əsası yoxdur.

Uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar və strukturlar, sivil bəşəriyyətin nümayəndələri oxşar halların təkrarlanmaması üçün Azərbaycan tərəfinin bu sanballı praktikasına aydın qiymət verməlidirlər”.

Daha çox göstər
Back to top button