Azərbaycanda uzun sürən müzakirələrdən sonra “ətraf mühitin məhvinə görə” Ermənistandan təzminat tələb etmək qərarına gəliblər.
“Azərbaycan 2023-cü il yanvarın 18-də Bern Konvensiyasına uyğun olaraq “Avropada vəhşi heyvan və bitkilər aləmini və təbii mühitin mühafizəsi haqqında” ilk dövlətlərarası arbitraj prosesinin təşəbbüskarı olub” – deyə Azərbaycan KİV-i Xarici işlər nazirliyinə istinadən xəbər verir.
“Qeyd edildiyi kimi, bu tarixi arbitraj işinin məqsədi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxındır ki, qanunsuz işğalı zamanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyaslı məhvinə görə Ermənistanı məsuliyyətə cəlb etməkdir.
Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistan işğal zamanı dünyanın ən zəngin və biomüxtəlif ekosistemlərindən birinin məhv edilməsinə görə pisləməyə çağırır.
Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının davam edən bütün pozuntularına son qoymağı və Azərbaycana tam təzminat ödəməyi tələb edir.
İşğal altında olan ərazilərdə ətraf mühitin məhv edilməsində Ermənistanı günahlandırır” – deyərək KİV-I qeyd edib.
Xatırladaq ki, təbiətin mühafizəsi uğrunda mübarizə apardığı deyilən həmin Azərbaycan yalnız 2020-ci ildə özünün başlatdığı təcavüzkar müharibə zamanı qadağan olunmuş silahlardan, o cümlədən fosforlu sursatlardan istifadə edərək təkcə bəşəriyyətə deyil, ekologiyaya da ziyan vurub, meşələri yandırıb, çayları çirkləndirib.