ER yüksək texnologiyalar sənayesi naziri hərbi sənaye şirkətləri ilə işdən danışıb
Müdafiə Sənayesi Komitəsi sektor şirkətləri ilə hər gün işləyir. Bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan “Armenpress”ə müsahibəsində bildirib.
Xaçatryan qeyd edib ki, ideya ilə başlayan və həyata keçirilməsi ilə bitən hərbi əhəmiyyət kəsb edən mexanizmlər mürəkkəb prosesdir. Nazirin sözlərinə görə, onlar Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edir.
Nazir 3-cü beynəlxalq “Armhitech” müdafiə texnologiyaları sərgisinə də toxunub.
“Sərginin üç günü ərzində 48 pavilyonda 50-dən çox şirkət öz məhsul və xidmətlərini təqdim edib. Tədbir çərçivəsində Rusiya, ABŞ, Fransa, Hindistan, BƏƏ, İran, Belarus, İraq və İraq Kürdüstanından rəsmi nümayəndə heyətləri Ermənistana gəlib. Sərgidə müxtəlif ölkələrին nazirliklərin rəhbərləri, müdafiə və təhlükəsizlik texnologiya sahələrinin nümayəndələri, mütəxəssislər və ziyarətçilər iştirak edirdilər”, – Xaçatryan qeyd edib.
Aprelin 1-də “Armhitech 2022” çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Hərbi-İqtisadi Əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyası (HƏM) yanında şuranın iclası keçirilib.