ArtsaxBaşlıca

Ruben Vardanyanın France 24 telekanalına müsahibəsi: “Məsələni həll etməyin ən yaxşı yolu Artsaxı tanımaqdır”

Artsax Respublikasının dövlət naziri Ruben Vardanyan Fransanın nüfuzlu “France 24” telekanalına müsahibə verərək, Artsaxdakı vəziyyəti təqdim edib.

Artsaxın Azərbaycan tərəfindən mühasirəsi zamanı bu, Artsaxın dövlət nazirinin bu televiziya şirkətinə verdiyi ikinci müsahibədir.

Ruben Vardanyan Avropa Birliyinin nə edə biləcəyi və necə kömək edə biləcəyi sualına cavab verərək qeyd edib ki, Avropa Əliyev rejiminə təzyiq göstərə, ona qarşı hansı sanksiyaların tətbiq oluna biləcəyini izah edə və bunun qəbuledilməz olduğunu göstərə bilər 120 min  insanın, 30 min uşaq qış şəraitində istilikdən məhrumdur.

“Avropalılar təzyiq göstərməli və bunun qəbuledilməz olduğunu, Davosa dəvət olunmayacağını və o sivilizasiyanın bir parçası olmayacağını bildirməli idilər.

 Onlar hava dəhlizi yarada bilərlər ki, humanitar təyyarələr Stepanakertə ensinlər.Bizimçün həyati əhəmiyyətli çox ehtiyacımız olan dava-dərman və ərzaq gətirsinlər.

Mən də hesab edirəm ki, bu hekayəni bitirməyin ən yaxşı yolu Artsaxı müstəqil dövlət kimi tanımaq olardı.Çünki Azərbaycan nəinki ermənilərin, hətta öz xalqının da normal yaşayış şəraitini təmin etmək iqtidarında deyil.

Mövcud vəziyyət bir daha sübut edir ki, dinc əhaliyə bu qədər təzyiqlər, bu qədər hücumlar olan Azərbaycanda yaşamaq mümkün deyil”.

Artsax xalqının blokadadan necə çıxması ilə bağlı suala cavab olaraq dövlət naziri qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, xalq güclüdür.

“Onlar deyirlər ki, müstəqillikləri uğrunda mübarizə apardıqları üçün qalıb igidlik göstərməyə, zülmə rəğbət bəsləməməyə hazırdırlar.

Xalq vəziyyəti anlayır və başlanan müharibənin davamı olan çətin bir dövr olduğunu qəbul edir hansı ki,2020-ci 9 noyabrdan sonra da  bitmədi. Ona görə də buradakı insanlar bütün bu təzyiqlərə baxmayaraq döyüşməyə hazırdırlar.

“France 24” telekanalının Dağlıq Qarabağ xalqının əzab-əziyyətinə son qoymağın və həllinin açarının kimdə olduğu sualına Ruben Vardanyan deyib ki, bütün bunların əsas “benefisarı” Əliyev rejimidir.

Çünki xarici düşmənin olması ona öz mövqeyini qoruyub saxlamağa imkan verir. “Unutmayaq ki, ölkə onilliklərdir ki, bir ailə tərəfindən idarə olunur.

 Ona görə də ölkə daxilində birliyi qoruyub saxlamağın yeganə yolu xarici düşmənin olmasıdır, ondan hər zaman öz xalqını birləşdirmək üçün istifadə edilə bilir.

Ona görə də əsas məsələ Azərbaycan xalqının əlindədir,çünki onların övladları müharibədə ölür,o qədər neft və qazı olsa da,yoxsuldurlar.

Və sivil beynəlxalq ictimaiyyət bunun yolverilməz olduğunu izah etməlidir.Fransa,Rusiya,ABŞ , İran, Türkiyə böyük oyunçulardır, amma son nəticədə bizim məqsədimiz və məsuliyyətimiz müstəqilliyimizi qorumaq üçün əzm və cəsarət göstərməkdir.

Bir gün Azərbaycan başa düşməlidir ki, yan-yana yaşamağın yeganə yolu Azərbaycanın bir hissəsi olmamaq, qonşu olmaqdır”.

Artsaxın dövlət naziri həmçinin qeyd edib ki, Avropa Artsax kimi demokratik ölkəni məhv etməyə çalışan avtoritar rejimi qəbul edərək Azərbaycanla ticarət fəaliyyətini davam etdirir. O, bunu “bir çox böyük ifaçıların ikili standartlarının nümunəsi” adlandırdı.

Rusiya, Avropa, ABŞ böyük rol oynaya bilər. Fransa blokadanın ilk günündən Artsax ermənilərini dəstəkləyən müstəsna ölkələrdən biridir.

Bunun üçün sizə təşəkkür etmək istəyirəm. Düşünürəm ki, Rusiya, Fransa və ABŞ Minsk Qrupu masasına qayıtmalı və Azərbaycana üç tərəfdən təzyiq göstərməyə çalışmalıdır” – deyərək Ruben Vardanyan bildirib.

Daha çox göstər
Back to top button