BaşlıcaBeynəlxalq

ABŞ Konqresinin Erməni məsələləri üzrə Komitəsi, Artsaxın blokadasını dayandırmaq üçün Azərbaycana maksimum təzyiq göstərməyə çağırır

Cari il yanvarın 18-də Konqresin Erməni Məsələləri üzrə Komitəsinin rəhbərləri, o cümlədən konqresmenlər kiçik Frenk Pallon (D-NJ), Adam Şiff (D-Kaliforniya), Qus Bilirakis (R-Florida) və David Valadao (R-Kaliforniya), Anna Eshou (Demokrat, Kaliforniya) ABŞ dövlət katibi Entoni Blinkenə və USAİD-in administratoru Samanta Pauere birlikdə məktub göndərərək, ABŞ hökumətini Azərbaycan prezidenti İlham Əliyevə Artsaxın 120.000 ermənisinə qarşı bir aylıq blokadaya son qoyması üçün “maksimum təzyiq göstərməyə” çağırıb.

Bu haqda Amerika Erməni Assambleyası məlumat yayıb.

Məktubda vurğulanır ki, “Laçın dəhlizinin yenidən açılması ilə bağlı hazırkı beynəlxalq strategiya sadəcə işləmir. Blokadanın yaxşı sənədləşdirilmiş sübutlarına və onun günahsız mülki şəxslərə göstərdiyi faciəvi təsirə baxmayaraq, prezident Əliyev ABŞ və beynəlxalq ictimaiyyətə  heç bir blokada olmadığını iddia edərək  durmadan  yalan danışmağa davam edir.

 “Əliyev rejimi yerli erməni əhalisini Artsaxdan didərgin salmaq və onları öz əcdadlarının torpağında azad, demokratik və ləyaqətlə yaşamaq imkanından məhrum etmək üçün düşünülmüş addımlar atır ki, bu da etnik təmizləmənin bariz əlamətidir  belə ki,buna göz yummaq olmaz”.

Erməni işləri üzrə komitənin rəhbərliyi təhlükəli vəziyyəti “texnogen humanitar böhran” adlandırıb və bu, Artsaxda kəskin dərman, tibbi yardım və ərzaq çatışmazlığına, eləcə də məktəblərin bağlanmasına səbəb olub.

Bundan başqa, Əliyev rejimi təbii qazın verilişini kəsib, elektrik xətlərinin təmirinə mane olub, bu da sərt soyuq qış aylarında elektrik enerjisinin geniş şəkildə kəsilməsinə gətirib çıxarıb ki, bu da “açıq-aydın, Azərbaycanda yaşayan insanların həyat keyfiyyətini ciddi şəkildə aşağı salmaq üçün məqsədyönlü cəhddir.

Artsax, o cümlədən 30.000 uşaq, 20.000 qoca və 9.000 əlillər”. Erməni msələləri üzrə üzrə Komitənin rəhbərliyi “ABŞ tərəfindən təcili tədbir görülməsə… Artsaxda vəziyyət daha da pisləşəcək” deyərək aydınlaşdırıb ki, bu, “Əliyevin düşünülmüş və planlı layihəsidir”.

Erməni məsələləri üzrə komitənin rəhbərliyi beynəlxalq ictimaiyyəti “həyati əhəmiyyət kəsb edən xətt” rolunu oynayan Laçın dəhlizinin yenidən açılması və Laçın dəhlizinə və Artsaxa beynəlxalq müşahidəçilər göndərməklə “bu potensial humanitar fəlakətə dərhal müdaxilə etməyə və qarşısını almağa” çağırıb.

Bundan əlavə, ABŞ həmçinin “Artsaxa humanitar yardım göstərmək üçün bütün mövcud variantları, o cümlədən çox real aclıq təhlükəsinin qarşısını almaq naminə mümkün hava daşınmasını” nəzərdən keçirməlidir.

“Asambleya Erməni məsələləri üzrə Komitənin rəhbərliyinə Artsaxın erməni xalqı üçün bu həlledici dövrdə göstərdiyi səylərə görə”alqışlayıb.

Bu haqda  Assambleyanın Konqreslə Əlaqələr üzrə Direktoru Mariam Xaloyan bildirib.

“Artsaxda vəziyyət günü-gündən pisləşdiyinə görə buna ehtiyac var. Əliyevin strateqiyasını  Laçın dəhlizinin yenidən açılması və erməni xalqının öz ata-baba yurdundan qoparılması strategiyasının qarşısını almaq üçün təcili tədbirlər görülməlidir”.

Mətn faktor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button