BaşlıcaSiyasət

Ararat Mirzoyan Brüsselə işgüzar səfərə gedəcək

Yanvarın 23-25-də ER Xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə işgüzar səfərdə olacaq.

Ararat Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edəcək.

Orada Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələləri, Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhran, Ermənistan -Azərbaycanın nizamlanma prosesi və ER-AB qarşılıqlı fəaliyyəti məsələlərinə  toxunulacaq.

Xarici işlər naziri Avropa Parlamenti üzvlərinin suallarını da cavablandıracaqdır.

Nazir Brüsselə səfəri çərçivəsində həmçinin NATO-nun Baş katibi Yens Stoltenberq, AB-nin Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell, Belçikanın Xarici işlər naziri Haja Lahbib ilə görüşlər keçirəcəkdir.

Daha çox göstər
Back to top button