BaşlıcaEkonomika

ER-da İİR-nın  səfiri: “Ermənistan ilə müxtəlif istiqamətlərlə  əməkdaşlıq etmək İran üçün  olduqca  vacibdir”

“Ermənistan ilə müxtəlif istiqamətlərlə  əməkdaşlıq etmək İran üçün  olduqca  vacibdir”

Aldığımız məlumata görə, bu haqda  İran İslam Respublikasının Ermənistan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri Sünikdə keçirdiyi mətbuat konfransında Ermənistan və İran arasında üçüncü elektrik ötürücü xəttinin tikintisi məsələsinə toxunaraq deyib.

“Təəssüflə qeyd etməliyəm ki, üçüncü yüksək gərginlikli xəttlə bağlı problemlər var idi, əvvəllər işlər bir qədər ləngiyirdi. Amma bu gün işlər xeyli yaxşı və sürətlə gedir” – deyə səfir bildirib.

O, yaxın vaxtlarda elektrik verilişi xəttinin istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib.

“Ermənistan bizim üçün çox vacib qonşu və dost ölkədir. Ermənistanla müxtəlif istiqamətlərdə əməkdaşlıq bizim üçün çox vacibdir.

Xoşbəxtlikdən bu yaxınlarda iki ölkə arasında qaz və elektrik enerjisi mübadiləsi ilə bağlı razılıq əldə olundu” – deyərək Abbas Bədəxşan Zohuri qeyd edib ki, Ermənistandan İrana elektrik enerjisi, İrandan isə Ermənistana qaz tədarükü üçün şərait lazımdır.

Səfir həmçinin qeyd edib ki, Ermənistan, İran və Rusiyanın birgə əməkdaşlığı regionda müxtəlif istiqamətlərdə üçtərəfli əməkdaşlıq üçün nümunə ola bilər.

Daha çox göstər
Back to top button