
Gürcüstan Ermənistan-Azərbaycan danışıqları üçün ən yaxşı platformadır. Bu barədə Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski qeyd edib.
“Bizim həm Azərbaycanla, həm də Ermənistanla xüsusi münasibətlərimiz var. Gürcüstanda hər iki millətdən olan çoxlu insan yaşayır.
Bu ölkələr arasında münasibətlərin tənzimlənməsində Gürcüstanın rolu xüsusi əhəmiyyət kəsb edir, xüsusən də beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir”.