
ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Çip Leytinen Laçın dəhlizinin bağlanması ilə əlaqədar Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən narahatlığını bildirib.
Bu haqda ABŞ-ın Ermənistandakı səfirliyindən ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə ER Baş nazirinin müavini Tiqran Xaçatryan arasında keçirilən görüşün təfərrüatlarını təqdim ediblər.
Çip Leytinen dəhlizdə sərbəst hərəkətin tam bərpasına ehtiyac olduğunu vurğulayıb. O, həmçinin ABŞ-ın qonşuları ilə dinc yanaşı yaşayan suveren, müstəqil və demokratik Ermənistanı dəstəklədiyini bir daha təsdiq edibdir.