ArtsaxBaşlıcaSiyasət

Ararat Mirzoyan Belçikanın xarici işlər naziri ilə Laçın dəhlizinin bağlanmasını müzakirə etdi

Brüsseldə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belçikanın xarici işlər naziri Haca Lahbib ilə görüşüb.

Ararat Mirzoyan və Haca Lahbib Aİ Şurasının Ermənistanda mülki monitorinq missiyasının yerləşdirilməsi barədə qərarının qəbul edilməsinə əhəmiyyət veriblər.

ER XİN başçısı Azərbaycan tərəfindən Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində yaranmış vəziyyətə, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə toxunub.

Qeyd olunub ki, Azərbaycanın maxsimalist və qeyri-konstruktiv yanaşması regionda təhlükəsizliyin və sabitliyin bərqərar olmasına böyük maneə törədir.

Daha çox göstər
Back to top button