ArtsaxBaşlıcaSiyasət

Blinken Əliyevi Laçın dəhlizini dərhal açmağa çağırıb

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevi Laçin dəhlizini dərhal açmağa çağırıb.

“Bu gün dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı keçirdi və Laçin dəhlizinin daşımaları üçün dərhal açılmasını istəyib.

O vurğulayıb ki, Laçin dəhlizində humanitar böhran təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh perspektivlərinə xələl gətirir

Dövlət katibi prezident Əliyevi Ermənistanla ikitərəfli sülh danışıqlarında səylərini ikiqat artırmağa çağırıb. O, Azərbaycanda insan haqları məsələsini də qaldırıb”.

“Ria Novosti” bu telefon danışığına istinad edərək yazırb ki, ötən il dekabrın 12-də Azərbaycan tərəfi Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə magistral yolu – Stepanakert-Qorisi yolunu bağlayıb, bununla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə danışıqlar aparılır. Rusiya sülhməramlı kontingentinin komandanlığı bu istiqamətdə mülki nəqliyyatın fasiləsiz hərəkətini bərpa etmək üçün Azərbaycan nümayəndələri ilə danışıqlar aparır.

Daha çox göstər
Back to top button