
Bütün çətinliklərə baxmayaraq, Artsax xalqı qalacaq və mücadilə etməyə hazırdır”
Bu haqda Artsaxın dövlət naziri Ruben Vardanyan BBC-nin Hardtalk proqramında qeyd edib.
“Minilliklər boyu öz torpaqlarında yaşamış və son 35 ildə müstəqillik uğrunda mübarizə aparan 120 min insanın Azərbaycan “Eko-fəalları” tərəfindən blokadaya alındığı mühasirədə nələrin baş verdiyini dünyanın bilməsi çox vacibdir.
Dekabrın 12-dən Azərbaycan dövlətinin dəstəyi ilə yola nəzarət edirlər, biz isə Qırmızı Xaç və Rusiya sülhməramlılarından başqa heç nə almırıq.
Qazımız yoxdur, işıq verilişi məhdudlaşdırılıb.Ərzaq, dərman və benzin Qırmızı Xaç və Rusiya sülhməramlıları olmadan ərazimizə daxil ola bilməz” – deyərək Vardanyan Stiven Sakuriyə müsahibəsində bildirib.
“1988-ci ildən bəri Artsax erməniləri “biz Azərbaycanın tərkibində olmayacağıq” deyir və öz azadlıqları üçün mübarizə aparırlar.
Bu gün biz dünyaya çox sadə bir sual veririk: bizim öz müqəddəratımızı təyin etmək hüququmuz varmı, xüsusiylə öz xüsusi xalqının bütün insan hüquqlarını pozan dövlətdə?” – deyərək dövlət naziri qeyd edib.
Vardanyan vurğulayıb ki, Azərbaycanın mövcud olduğu 104 ilin 44 ilində bir ailə ölkəyə nəzarət edib.
“Ermənilər barədə danışmasaq belə, Azərbaycan xalqının belə heç bir hüququ yoxdur. Milli azlığın hər hansı hüquq və ya müdafiəsini əldə etmək imkanını necə təsəvvür edirsiniz? Biz belə bir fürsət görmürük” – dövlət naziri bildirib.
O xatırladıb ki, altı həftə Ermənistanda qalan uşaqlar Artsaxa qayıdarkən azərbaycanlılar tərəfindən psixoloji təzyiqə məruz qalıblar, onları aparan avtomobil saxlanılıb və yoxlanılıb.
Vardanyan qeyd edib ki, Artsax Respublikası Azərbaycan tərəfi ilə danışıqlara “hər iki tərəf üçün danışıqlar olacaq” məntiqi ilə hazırdır.
“Biz məhz ilk gündən deyirik və başa düşürük ki, biz yan-yana yaşayırıq, amma biz ayrı ərazi, ayrı dövlət olacağıq, ayrıca qanunlar qüvvədə olacaq. Çünki biz demokratik ölkəyik.
Bizim 4 seçilmiş prezidentimiz olub.Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük, amma biz eyni bölgədə yaşamağımıza hörmətlə yanaşırıq və hər iki tərəf üçün məqbul olacaq həll yolu tapmalıyıq”- deyərək o, qeyd edib.
“Azərbaycanın bütün fərziyyələrinə baxmayaraq, tarix bitməyib. Biz inanırıq ki, bizim müstəqillik hüququmuz var, öz vətənimizdə yaşamaq hüququmuz var.
Artsaxda yaşayan insanlar bu gün üzləşdiyimiz çətinlikləri dərk edir, başa düşürlər. Lakin biz qalmağa evimizi ocağımızı qorumağa hazırıq”- deyərək Ruben Vardanyan əlavə edib.
O, Artsax Respublikası ilə Ermənistan arasında fikir ayrılıqları barədə iddiaları rədd edib. “Respublikanın bir nömrəli adamı, prezident həmişə Baş nazirlə [Nikol Paşinyanla] əlaqə saxlayır.
Ona görə də mən sizin nə danışdığınızı başa düşmürəm. Bunlar fərziyyələrdir, məncə, bizim söhbətimiz əsnasında buna toxunmağın mənası yoxdur” – deyərək Vardanyan bildirib.