BaşlıcaSiyasət

Türkiyə prezidenti niyə tələsir?:  Akademiklər bunu Erdoğanın reytinqinin aşağı düşməsi ilə izah edir

Türkiyədə ağır sosial-iqtisadi vəziyyət ölkə prezidentinin reytinqinin aşağı düşməsinə səbəb olub, qarşıda prezident və parlament seçkiləri durur.

Vəziyyəti düzəltmək üçün Erdoğan seçkiləri bir ay əvvəl təyin etmək qərarına gəlib. Bir ay Erdoğan və partiyası üçün nə dəyişəcək?

Mötəbər beynəlxalq dövri nəşrlər ədalətli seçki olacağı təqdirdə Erdoğanın məğlub olacağını proqnozlaşdırır.

ER MEA-nın akademikləri Ruben Safrastyan və Aşot Melkonyan isə “Radiolur”la söhbətində seçkilərin nəticələrindən asılı olmayaraq Türkiyənin daxili siyasi həyatında böhranın olacağını proqnozlaşdırırlar.

Ermənistan Respublikası Milli Elmlər Akademiyasının akademikləri Ruben Safrastyan və Aşot Melkonyan Türkiyədə prezident və parlament seçkilərinin planlaşdırılandan bir ay tez keçirilməsini Erdoğanın reytinqinin aşağı düşməsi ilə əlaqələndirirlər.

Onlar hesab edirlər ki, vəziyyət o qədər gərginləşib ki, bir ay belə prezident seçkilərinin nəticələrinə təsir göstərə bilər.

Akademik Ruben Safrastyan “Radiolur”la söhbətində tutarlı səbəbləri göstərir:  Birincisi, iqtidar-müxalifət arasında əsas mübarizənin iqtisadi vəziyyətlə bağlı olduğunu, iqtidarın atdığı müəyyən addımlar nəticəsində əldə olunan müsbət sosial imicinin artıq iyun ayından itəcəyini, ölkənin sosial-iqtisadi ağır vəziyyətini vurğulayır.

“Hökumət əhalinin müəyyən hissəsini düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün müəyyən tədbirlər görüb. Və hakimiyyətdə, hökumətdə belə bir qorxu var ki, onların sosial vəziyyəti yaxşılaşdırmaq üçün həyata keçirdikləri dəstək proqramları iyunda başa çatacaq və qısamüddətli effekt artıq iyunda sıfır olacaq, ona görə də onlar tələsirlər”-deyərək  Ruben Safrastyan qeyd edib.

Akademikin sözlərinə görə, başqa bir əsaslandırma Erdoğanın bir turda seçilməyəcəyidir. Artıq yay tətilinə təsadüf edəcək ikinci turda isə o, öz elektoratını itirəcəkdi, çünki tələbələrin çoxu şəhərdən kəndlərə köçəcək və onların əhəmiyyətli hissəsi ikinci tura qatılmayacaq.

Beynəlxalq media bu ilin əvvəlindən Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilə biləcəyindən yazır.

Britaniyanın “The Economist” qəzeti müəyyən hisslərə toxunaraq, təhlillər apararaq yazır ki, Türkiyədə ədalətli seçkilər olsa, Erdoğan uduzacaq.

 Üstəlik, Britaniyanın dövri nəşri müxalifətin birləşəcəyi təqdirdə Erdoğanın bir neçə ay prezident olacağını proqnozlaşdırır.

Akademik Ruben Safrastyan “The Economist”in gəldiyi qənaətlə razılaşır.

“Təbii ki, vəziyyət hakimiyyət üçün daha acınacaqlıdır. İlk dəfə olaraq qeyd etmək olar ki, hakim Ədalət və İnkişaf partiyasının reytinqi durmadan aşağı düşür və əgər bu vaxt seçkilər olsa, o zaman ümumiləşdirilmiş sorğulara əsasən, , iqtidar koalisiyası olan Ədalət və İnkişaf və Pantürkist Milliyyətçi “Hərəkat” partiyalarının parlament seçkilərində müxalifətə uduzması ehtimalı olduqca yüksəkdir” – deyərək akademik təhlil edir.

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Aşot Melkonyan da Türkiyədə prezident və parlament seçkilərinin vaxtının dəyişdirilməsini Erdoğanın reytinqinin görünməmiş düşməsi ilə izah edir. Son bir neçə ayda Türkiyədə görünməmiş qıtlıq yaranıb, türk lirəsi ucuzlaşıb, bu da sadə vətəndaşların sosial vəziyyətini pisləşdiribdir.

“Eyni problem Azərbaycanda da olub. Əliyev yenidən seçilməli olanda o, seçkiləri qabağa çəkdi, çünki anladı ki, reytinqlərin düşməsi problemi var.

Erdoğan amilində də  belədir: reytinqin süni şəkildə  artırılması problemini o, həll edir.

Bu dəfə Erdoğan administrasiyasının saxtakarlığa əl atacağını istisna etmirəm”- deyərək  Ruben Melkonyan  qeyd edib.

Akademikin fikrincə, Türkiyənin 6 müxalifət partiyası birləşsəydi, Erdoğanın qalib gəlmək şansı olmazdı. Lakin müxalifətin vahid namizədi sayılan İstanbul bələdiyyə sədri uydurma cinayət işi üzrə 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

 İndi o, barəsində olan qərardan apellyasiya şikayəti verir, lakin məhkəmə prosesləri səbəbindən müxalifəti birləşdirə bilməyəcək.

Qeyd edək ki, o, seçki komissiyasının üzvlərini “axmaq” adlandırdığına görə məhkum edilib.

Ruben Safrastyanın fikrincə, parlamentdə üçüncü qüvvə olan “Kürd Xalq Demokratik Partiyası”nın mövcudluğu seçkilərin nəticələrinə böyük təsir göstərə bilər.

O, ətrafına xalqın hüquqlarının müdafiəsi ilə məşğul olan solçu partiyaları toplayıb və bu koalisiyanın sözləri həlledici ola bilər” – deyərək akademik qeyd edir:

 “Parlamentdəki bu qüvvə Erdoğanın əleyhinə səs verməyə çağırarsa, Erdoğan ikinci raundda məğlubiyyətə uğraya bilər”.

Ruben Safratsyanın  qənaətincə, 2023-cü il Erdoğanın uğuru ili olmağa nail olmayacaq.

Daha çox göstər
Back to top button