BaşlıcaSiyasət

Aİ-nin qərarı fonunda KTMT Ermənistana müşahidə missiyasının göndərilməsini mümkün hesab edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanla sərhəddə Ermənistana göndəriləcək monitorinq missiyası üzərində işini davam etdirir.

Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-yə sorğu təqdim etdikdən sonra Kollektiv Təhlükəsizlik Şurası “Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərar layihəsi hazırlayıb.

Zaynetdinov bildirib ki, qərar Ermənistan-Azərbaycan sərhədinə KTMT-nin müvəqqəti monitorinq missiyasının göndərilməsini nəzərdə tutur, missiyanın mandatını və iş müddətlərini müəyyən edir. Layihə yüksək hazırlıq səviyyəsindədir, lakin bu sənədi KTMT XTK-nın sonuncu sessiyasında qəbul etmək mümkün olmayıb.

Daha çox göstər
Back to top button