BaşlıcaSiyasət

Azərbaycanın sentyabr təcavüzü nəticəsində Ermənistan tərəfinin 3-ü mülki olmaqla 224 itkisi var

2022-ci ilin nəticələri ER İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində ümumiləşdirilib. Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə sentyabrın 13-14-də həyata keçirdiyi hərbi təcavüzlə bağlı araşdırmanın nəticələri təhlil edib.

Bu haqda ER İstintaq Komitəsi məlumatlandırıb.

Müvafiq olaraq, sözügedən təcavüz aktı ilə bağlı ER CM-nin 140-cı maddəsinin 1-ci hissəsinin 2-ci bəndi və 149-cu maddəsinin 1-ci hissəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı zamanı onlarla Geğarkunik, Vayots Dzor və Syunik mvilayətləri  icmalarında 100-ə yaxın hadisə yerində araşdırma aparıldı.

Onların, eləcə də indiyədək aparılmış araşdırmaların ilkin məlumatları nəticəsində icmalara dəymiş ziyan üzə çıxıb:

Dağılmış və ya zədələnmiş icma binası, yanğınsöndürmə briqadasının binası, məktəb, 3 qonaq evi, ziyafət zalı, 100-dən çox fərdi yaşayış evi, mal tövlələri, istixana, onlarla mülki avtomobil, magistral yollar, geniş yanmış ot və meşə sahələri, meyvə bağı, və s.

Bundan başqa, adıçəkilən vilayətlərdə yerləşən 6 hərbi hissə, hərbi obyekt və texnika, o cümlədən 2 tibb xidməti maşını zədələnib.

 Cinayət işi çərçivəsində 7-dən artıq məhkəmə- partlayıcı-texniki, yanğın-texniki, tikinti-texniki, əmtəə komissiyası kompleksi, o cümlədən botanika ekspertizası təyin edilib.

İbtidai istintaq zamanı 600-dən çox şəxs zərərçəkmiş kimi tanınaraq dindirilib, 1000-dən çox şahid dindirilib, meyitlərə 224 məhkəmə-tibbi ekspertiza təyin edilib, o cümlədən 98 məhkəmə-genetik və 350-dən çox məhkəmə-tibbi ekspertiza təyin edilib.

İstintaq zamanı əldə edilmiş məlumatlara görə, Azərbaycanın həyata keçirdiyi təcavüz nəticəsində Ermənistan tərəfdən 3-ü mülki şəxs olmaqla 224 nəfər həlak olub, 3 hərbçinin yeri isə məlum deyil.

Ermənistan Respublikasının suveren ərazisinə təcavüz zamanı Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən törədilmiş müxtəlif cinayətlər ilə bağlı Ermənistan Respublikası İstintaq Komitəsinin bölmələrində daha 23 cinayət işi başlanmış və onlar birləşdirilmişdir.

Daha çox göstər
Back to top button