BaşlıcaSiyasət

Beynəlxalq ictimaiyyətin Artsax uşaqlarının təhsil və digər fundamental hüquqlarının pozulmasına səbəb olan münasibəti qəbuledilməzdir։ Artsax Օmbudsmanı

Artsaxın hüquq müdafiəçisi Geğam Stepanyan Beynəlxalq Təhsil Günü münasibətilə AŞ-nin insan hüquqları üzrə komissarına, UNİCEF-in baş direktoruna və insan hüquqlarının müdafiəsi ilə məşğul olan digər beynəlxalq təşkilatlara və aktyorlara məktub göndərib.

Müdafiəçi Artsaxın Azərbaycan tərəfindən blokadaya alınması nəticəsində yaranan humanitar böhrana, Artsaxın mühüm infrastrukturlarının qəsdən pozulmasına və bunun nəticəsində uşaqların təhsilinin və digər fundamental hüquqlarının pozulmasına toxunub.

Müdafiəçi qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəfindən göstərilən səmərəsiz münasibət qəbuledilməzdir və bu, on minlərlə Artsax uşağının təhsil və digər fundamental hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır və adıçəkilən təşkilatları və aktyorları müraciət və qınaqlardan konkret məqsədyönlü addımlara keçməyə və 1989-cu ildə BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə müəyyən edilmiş prinsiplərə əməl etməyə çağırıb.

Daha çox göstər
Back to top button