
Ermənistan Respublikasının Fransadakı səfiri Hasmik Tolmacyan öz “Twitter” səhifəsində yazdı ki, “biz Fransaya Aİ-nin daimi mülki missiyasının Ermənistana göndərilməsi ilə bağlı mühüm səylərə görə təşəkkür edirik”.
“Biz Fransanın Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyə töhfə vermək üçün Aİ-nin bu missiyasında iştirak etməsinə şadıq”, – deyə səfir yazıb.
Xatırladaq ki, daha əvvəl Fransanın XİN başçısı Ketrin Kolonna sosial şəbəkələrdə yazdı ki, Fransa bu Avropa missiyasında iştirak etməkdən məmnun olacaq.