
Avropa Birliyinin Xarici Əlaqələr Şurasının yanvarın 23-də Brüsseldə keçirilən sessiyasının yekunlarına dair mətbuat konfransında AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Ermənistanda AB-nin mülki missiyasının yaradılması məsələsinə toxunub.
Borel qeyd edib ki, AB-nin Ermənistanda yerləşdiriləcək missiyasının heyəti insanların təhlükəsizliyini və Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasını dəstəkləmək üçün yerlərdə vəziyyəti təmsil edəcək 100 nəfərdən ibarət olacaqdır.
Xatırladaq ki, missiya ilkin iki il müddətinə Ermənistanda yerləşəcək.
Mətn factor.am-ə məxsusdur.