BaşlıcaSiyasət

Ermənistanın xilası uğrunda mübarizə Qərb sivilizasiyasının xilası uğrunda mübarizə ilə bağlıdır

İsraildə yaşayan türk araşdırmaçı jurnalist Uzay Bulut Ermənistanın xilasını bütün Qərb sivilizasiyasının xilası ilə əlaqələndirib, “inforteka24” yazır.

“İsveçli siyasətçini diri-diri yandırmaqla hədələyən pantürkist imperialistlər ermənilərə hücum edən və onları təqib edənlərdir.

Dünyanın ən qədim sivilizasiyalarından biri olan Ermənistanın xilası uğrunda gedən mübarizə Qərb sivilizasiyasının xilası uğrunda gedən mübarizə ilə qırılmaz şəkildə bağlıdır”, – deyə jurnalist “Twitter”də yazıb.

Bulut bu sözləri Türk Dünyası Gənclər Şurasının sədri Ramazan İzolun “Quran yandıran o alçaqı tutsam, diri-diri yandıraram” sözlərinə cavab olaraq yazıb.

Yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilib. Onun iştirakçıları Kürdüstan Fəhlə Partiyasını dəstəkləməklə yanaşı, İsveçin NATO-ya daxil olmasının əleyhinə çıxış ediblər. Aksiyaya ifrat sağçı siyasətçi, Danimarkanın anti-islam Stram Kurs (Sərt Kurs) partiyasının lideri Rasmus Paludan rəhbərlik edib. O, İslamı pisləyən çıxış edib, sonra Quranı yandırıb.

Daha çox göstər
Back to top button