BaşlıcaSiyasət

Ararat Mirzoyanla Borrell regiondakı vəziyyəti müzakirə ediblər

Yanvarın 25-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşüb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələləri barədə fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan ER-da Aİ-nin mülki missiyasının yerləşdirilməsi ilə bağlı qərarı yüksək qiymətləndirib.

Ararat Mirzoyan Azərbaycan tərəfindən Laçın dəhlizinin qanunsuz bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranı təqdim edib və vurğulayıb ki, 9 noyabr bəyanatına əsasən Azərbaycan Laçın dəhlizinin blokadasını dayandırmalıdır.

Erməni tərəfi Dağlıq Qarabağda Azərbaycanın etnik təmizlənmə törətmə siyasətinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət tərəfindən addımların atılmasının vacibliyini qeyd edib.

Ermənistanın xarici işlər naziri və Aİ-nin Ali Nümayəndəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesi barədə danışıblar.

Daha çox göstər
Back to top button