
Azərbaycan hakimiyyətində yeni “ekoloji ataka” başlayıb. Bakı bu dəfə Ermənistan AES-in “dərhal” bağlanmasını tələb etmək qərarına gəlib, news.am yazır.
Azərbaycan mətbuatı Ombudsman Aparatına istinadən xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət edərək Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmağa çağırıb.
“Beynəlxalq hüquq-müdafiə təşkilatlarına ünvanlanan müraciətdə bildirilir ki, Çernobıl və Fukusima kimi növbəti fəlakətin baş verməməsi üçün Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalı, radioaktiv tullantıları . ciddi beynəlxalq nəzarət altında olmalıdır”, – məlumatda deyilir. Necə deyərlər, saxta ekoloqların sırası çoxalıb.
Qeyd edək ki, bütün ekspertlər stansiyanın təhlükəsizliyi ilə bağlı həmfikirdirlər. Onu da xatırladaq ki, Ombudsman vəzifəsinə təyin olunan Səbinə Əliyeva bir dəfə də olsun Azərbaycanda əsir götürülmüş ermənilərə baş çəkməmiş, əsir götürülmüş ermənilərə işgəncə verilməsini, ermənilərə qarşı təcavüzün bir dəfə də olsun pisləməmişdir. Yoxsa Azərbaycanda insan haqları yalnız azərbaycanlılara aiddir?