
Geğarkunik bölgəsinin icra hakimiyyət başçısı Karen Sargsyan bildirib ki, Aİ müşahidəçiləri Geğarkunik bölgəsində sərhəd boyunca patrul xidməti həyata keçirəcəklər: “Biz Vayots Dzorda texniki qrupla görüşdük, lakin missiyanın icrası qrupu ilə görüş hələ baş tutmayıb”.
İcra hakimiyyət başçının sözlərinə görə, Geğarkunik bölgəsində yerləşdiriləcək müşahibəçilərin sayı hələlik məlum deyil. “Bununla bağlı məlumatlar hələ dəqiqləşdirilməyib, lakin biz onların bölgədə olacaqlarından və patrul xidməti həyata keçirəcəklərindən xəbərdarıq. Onlar sərhəd boyu patrul xidməti həyata keçirəcəklər”.