Azərbaycanın məqsədi Dağlıq Qarabağ ermənilərinin öz vətənlərində yaşamaq iradəsini qırmaqdır. Bunu hökumətin iclasında ER Baş naziri Nikol Paşinyan bildirib.
“Əldə etdiyimiz məlumata görə, Bakının planı belədir – DQ-də iqtisadi və psixoloji təzyiqi kuliminasiya nöqtəsinə çatdırmaq, sonra DQ ermənilərinin kütləvi şəkildə evlərini tərk edəcəkləri gözləntisi ilə bir neçə gün dəhlizi açmaq, sonra yenə dəhlizi bağlamaq, sonuncu erməni Dağlıq Qarabağı tərk edənə qədər bir neçə günə dəhlizi yenidən açmaq və s.”- Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, bu, açıq etnik təmizləmə siyasətidir: “Qeyd etmək lazımdır ki, əgər indiyə qədər beynəlxalq ictimaiyyət Azərbaycanın Dağlıq Qarabağ ermənilərini etnik təmizləməyə məruz qoymaq niyyəti ilə bağlı həyəcan siqnallarımıza şübhə ilə yanaşırdısa, indi biz artıq bu təsəvvürün beynəlxalq ictimaiyyət arasında yavaş-yavaş, lakin davamlı şəkildə gücləndiyini görürük”.
Nikol Paşinyanın sözlərinə görə, Azərbaycan təxribat xarakterli hərəkətləri ilə sülh gündəmini, danışıqlar prosesini pozmaq və regionda yeni müharibə qızışdırılmaq istəyir. Paşinyan əmin edib ki, Ermənistan sülh gündəminə sadiq qalır: “Bizi heç bir təxribatla bu gündəmdən yayındırmaq mümkün olmayacaq”.