
British Petroleum (BP) Azərbaycanda ən böyük xarici investor olaraq qalır. Britaniya şirkəti ölkədəki “sosial sərmayəsi” ilə nə qədər öyünsə də, tərəfdaşlığın əsl benefisiarı Azərbaycanın hakim ailəsidir.
Keçmiş sovet KGB-nin zabiti Heydər Əliyev British Petroleum və Azərbaycan arasında neft yatağında hasilatın pay bölgüsü sazişi imzalayanda Azərbaycanın prezidenti idi.
Oğlu İlham Əliyev 20 il əvvəl atasının ölümündən sonra həm BP-nin əlaqələrini, həm də ölkənin idarəsi öz üzərinə götürdü. Əliyevlər üçün bu, sərfəli münasibət idi. 2021-ci ilə olan məlumata görə, BP yatağı Azərbaycanın neft ixracının 95%-ni təşkil edib. Bu, ildə 10 milyard dollardan çox vəsait təşkil edir, onun da böyük hissəsi dövlət büdcəsinə deyil, Əliyevlərin şəxsi hesablarına gedir.
Əliyevlər ailəsinin Londonda təxminən 700 milyon dollar dəyərində daşınmaz əmlakı var və öz “mədəniyyət” təşkilatlarını dəstəkləmək üçün daha on milyonlarla pul xərcləyib. BMT Təhlükəsizlik Şurasında Böyük Britaniya Azərbaycanın təcavüzünü və insan haqlarının pozulmasını pisləməmək üçün tez-tez ABŞ-ın əleyhinə səs verir.
Məsələn, keçən ay Təhlükəsizlik Şurasının Azərbaycanın Dağlıq Qarabağdakı erməni əhalisini ərzaq və tibbi ləvazimatlarla blokadaya almasını ilə bağlı iclasdan sonra azərbaycanlı diplomat lovğalanaraq qeyd etdi ki, Böyük Britaniya və Rusiya bu qətnaməni əngəlləyib.
BBC də Azərbaycanın bu təbliğatına qoşulub, sənədli filmlər çəkib, bunlardan bəziləri BP və Azərbaycanın dəstəyi ilə hazırlanıb.
Lakin, BP ilə tərəfdaşlığın Azərbaycana təqdim etdiyi müdafiə tezliklə dəyişə bilər. Bir vaxtlar Atlantikanın hər iki sahilində siyasətçilərin rəğbətini alan “kürü diplomatiyası” getdikcə daha çox suallara, hətta hüquqi təhlükəyə də səbəb olur.
Əsl problem odur ki, Əliyev getdikcə qeyri-sabit hərəkət edir. O, Küveytin mövcudluq hüququnu inkar edən və sonra öz ordusunu öz ambisiyaları üzrə hərəkətə göndərən Səddam Hüseynin açdığı yolla gedir.
BP-nin Xəzərdəki holdinqləri böyük qazanc əldə edə bilər, lakin tezliklə sübut edəcək ki, diktatorları tərbiyə etmək uduzmuş biznesdir!