BaşlıcaSiyasət

Politoloq: “Azərbaycan təzyiqlərə dozməyərək yaxın günlərdə Laçın dəhlizini açacaq”

AB Ermənistan-Azərbaycan sərhədinə iki illik mülki missiya göndərmək qərarına gəlib. Missiyanın mövcudluğu nə verəcək? “RadarArmeniya” mövzu ilə bağlı politoloq Armen Vardanyanla söhbət edib.

Vardanyanın sözlərinə görə, bu qərar ilk növbədə Azərbaycan üçün çəkindirici amildir, çünki son iki ildə Azərbaycan bir neçə dəfə Ermənistanın suveren ərazisini işğal edib, toqquşmalara səbəb olub, ölkənin sərhədyanı rayonlarını bombalayıb.

Və bu missiyanın indi göndərilməsi bu təhlükələri kəskin şəkildə azaldacaq. Politoloqun fikrincə, Azərbaycan sərhədlərdə toqquşmalara səbəb olmaqla Ermənistandan öz şərtləri ilə sülh müqaviləsi imzalamağa çalışırdı.

 Və bu gün o, əslində həmin oyun kartından məhrumdur.

”Azərbaycan cəhd edirdi ki,Ermənistan sülh müqaviləsi bağlasın,  Artsaxdan birdəfəlik imtina etsin və Artsax məsələsi tarixin zibilliyinə atılsın.

Onların gözləntiləri özünü doğrultmadı. çox mühüm silahdır. O, həmçinin Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur edə bilməz.Faktiki olaraq , AB missiyasının göndərilməsi qərarı “Zəngəzur dəhlizi”nin güc yolu ilə alınması məsələsini bağladı.

 Əslində Azərbaycan həmçinin bundan da  məhrum olundu”- deyərək  politoloq qeyd edib.

ABŞ dövlət katibi Blinkenin Azərbaycan prezidenti Əliyevlə telefon danışığına toxunan Vardanyan vurğulayıb ki, Amerika tərəfi faktiki olaraq dəhlizin açılması üçün Azərbaycana güclü təzyiq göstərir və belə çıxır ki, Azərbaycan daha bir təzyiq alətindən məhrumdur.

Laçın dəhlizini bağlamaqla Ermənistanı da “Zəngəzur dəhlizi”ni açmağa məcbur etməyə çalışırlar. Politoloq hesab edir ki, yaxın günlərdə Azərbaycan təzyiqlərə yol verərək dəhlizi açacaq, əks haldasa, bunun onlar üçün çox ağır nəticələri olacaqdır.

Daha çox göstər
Back to top button