BaşlıcaSiyasət

İtaliyanın dövri nəşri Azərbaycanın səfiri ilə italiyalı deputatlar arasında Laçın dəhlizinin blokadası ilə bağlı müzakirələrə toxunub

İtaliyanın “L’Espresso” qəzeti yazır ki, Deputatlar Palatasının Xarici Komitəsinin deputatları Laçinin blokadası barədə məlumat almaq üçün Azərbaycanın yeni təyin olunmuş səfiri Rəşad Aslanovu İtaliya parlamentinə dəvət ediblər.

Aldığımız məlumata görə, köşə yazarı qeyd edir ki, Azərbaycan səfiri sualları belə gözləmədən TAP qaz kəməri ilə Apuliya sahillərinə çatan Azərbaycan metanı ilə enerji əməkdaşlığının nə qədər əhəmiyyətli olduğunu xatırladıb.

“Yanvarın 26-da Deputatlar Palatasında baş verənlər İtaliya üçün daha az demokratik dövlətlərdən enerji asılılığının nə demək olduğunu aydın şəkildə izah edir.

Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağda humanitar böhranla bağlı keçirilən dinləmə günü Azərbaycanın yeni təyin olunmuş səfiri , Rəşad Aslanov təxminən on dəqiqə ərzində parlamentarilərlə, eləcə də əksəriyyət və müxalifət fraksiyalarının rəhbərləri ilə bir neçə dəfə söhbət edib.

Faktlarla bağlı öz versiyasını əvvəlcədən təqdim edib, sualları almamışdan əvvəl cavab verib və ilk növbədə dost italiyalılara xatırladıb.

TAP qaz kəməri ilə Apuliya sahillərinə çatan Azərbaycan metanı ilə enerji əməkdaşlığı nə qədər vacibdir” – deyərək məqalədə qeyd olunub.

İtaliyanın dövri nəşri xatırladır ki, tanınmamış Artsax Respublikasında yaşayan 120 mindən çox erməni tələyə düşüb, yeməksiz, dərmansız və ümidsizdir.

“Dünən Deputatlar Palatası Ermənistan səfirini dinlədi, bu gün növbə dost  italyanların qarşısında öz hakimiyyətinə haqq qazandırmaq məcburiyyətində qalmasından şübhəsiz ki, sevinməyən azərbaycanlı həmkarında idi” – deyərək  məqalə müəllifi vurğulayır.

Məqalə müəllifi vurğulayıb ki, “Nomisma” şirkətinin metan axını ilə bağlı hesablamalarına əsasən, Rusiyadan qaz idxalının azalması xüsusilə Azərbaycan tərəfindən kompensasiya edilib.

Bakı onu 10,2 milyard kubmetrə çatdırıb ki, bu da 2021-ci illə müqayisədə 3 milyard kubmetr  artııqdır.

“Bu gün Azərbaycan sərmayələri Rusiya investisiyalarına bərabərdir və gələcəkdə onlar sürətlə arta bilər” – deyə müəllif vurğulayıb

Daha çox göstər
Back to top button